Modern.az

Trampın Krımla bağlı açıqlaması Ağ Evdə qalmaqal yaratdı

Trampın Krımla bağlı açıqlaması Ağ Evdə qalmaqal yaratdı

Актуально

4 İyul 2018, 10:36

Ağ Ev Krımı Rusiyanın ərazisi kimi tanınmasını qəti şəkildə rədd edir.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi Hoqan Qidli bəyanat verib.

“Biz Rusiyanın Krımı ilhaq cəhdlərinə qəti şəkildə etiraz edirik” – Qidli bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son zamanlarda Krımla bağlı qalmaqallı açıqlamalar verib. Belə ki, G7 sammiti zamanı o Krımda yaşayan əhalinin rus dilində danışdığına görə oranın Rusiyanın bir hissəsi olduğunu bildirib. Ağ Ev isə bu bəyanatı şərh etməkdən imtina edib. Həmçinin Tramp müsahibələri zamanı dəfələrlə Krımın Rusiya ərazisi kimi tanına bilməsinə işarə edib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı