Modern.az

Bərə qəzasında ölənlərin sayı 29-a çatdı

Bərə qəzasında ölənlərin sayı 29-a çatdı

Актуально

4 İyul 2018, 11:26

Dünən İndoneziya sahillərində içərisində 139 sərnişin olan bərənin aşması nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hələ də aparılan axtarış tədbirləri nəticəsində 29 nəfərin cəsədi aşkarlanıb.

 

“Son məlumatlara görə ölənlərin sayı 29 nəfərdir. Daha 41 nəfər itgin düşmüş hesab edilir” – xilasetmə xidmətindən agentliyə bildirilib.

 

Qeyd edək ki, iyulun 3-ü 2018-ci ildə səhər saatlarında İndoneziyanın Cənubi Sulavesi əyaləti sahillərində içərisində 139 sərnişin daşıyan bərə aşıb.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı