Modern.az

Şamaxıda gənc qız özünə qəsd etdi

Şamaxıda gənc qız özünə qəsd etdi

Güncel

5 İyul 2018, 00:56

Şamaxı rayonunda 20 yaşlı qadın intihara cəhd edib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sağyan kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü A. Məmmədova sol qolunun bilək nahiiyəsini kəsib. O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumatda bildirilir ki, A.Məmmədova cərrahiyyə şöbəsinə yerləşdirilib və ona ilkin yardım göstərilib. Qadının vəziyyəti kafidir.

 

İlkin məlumata görə, A.Məmmədova həyat yoldaşı ilə mübahisə nəticəsində intihara cəhd edib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı