Modern.az

Dolu məscidin minarəsini dağıtdı

Dolu məscidin minarəsini dağıtdı

Актуально

6 Sentyabr 2018, 00:45

Türkiyənin Balıkesir vilayətinin Kepsut şəhərinə yağan güclü dolu əhaliyə xeyli ziyan vurub. Modern.az xəbər verir ki, nadir təbiət hadisəsi nəticəsində Çinaraltı məscidinin minarəsi dağılıb.

Bundan əlavə, dolu yaşı əsrlərlə ölçülən ağacların budaqlarını qırıb, tarlada hələ də yığılmayan məhsulu yararsız hala salıb.

İnsanlar arasında xəsarət alanların olmadığı deyilir.

Bələdiyyə dolu səbəbindən dəyən zərərin miqdarını hesablayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı