Modern.az

Avtomobillərə qənim kəsilənlər saxlanıldılar

Avtomobillərə qənim kəsilənlər saxlanıldılar

Актуально

10 Oktyabr 2018, 13:20

Avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

 

Paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciətlər daxil olub.

 

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin “Isuzu” markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyənləşdirilərək saxlanılıb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı