İran Azərbaycanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır.
Modern.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir əlavə edib ki, İran və Azərbaycan neft-qaz və elektrik enerjisi sahələrində əməkdaşlıq edir.