Bakıdan havaya qalxan və Moskvaya reys yerinə yetirən təyyarə bu gün fevralın 26-da “Şeremetyevo” aeroportunda uçuş-enmə zolağından kənara çıxıb.
Modern.az-ın məlumatına görə, “Gulfstream” təyyarəsi göyərtəsində 3 VİP-sərnişin olmaqla Moskvaya biznes-uçuş həyata keçirirdi.
Göyərtədə iki pilot və üç sərnişin olmaqla 5 nəfər olub.
Bunlar Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskayadır.
Hadisənin təfərrüatları araşdırılır.
Zərərçəkənlər haqda məlumat daxil olmayıb.