Modern.az

Bakının girişindəki yolda təmir 10 günə yekunlaşacaq

Bakının girişindəki yolda təmir 10 günə yekunlaşacaq

Güncel

6 Mart 2019, 21:36

Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı açıqlanıb.

Modern.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, Bibiheybət məscidindən şəhər istiqamətində olan yeni yolda müəyyən deformasiyalar yaranmışdı, kiçik həcmli çatlar vardı.

 

A. Nəcəfli deyib ki, əslində keçən həftədən yolun həmin hissəsində hazırlıq işləri aparılıb: “İki gün əvvəl isə yolda hərəkət tam məhdudlaşdırılıb. Hazırda yolun əsasında bərkitmə işləri görülür, yarasız qrunt qazılaraq çıxarılır, yeni yararlı qrunt tökülür, kipləşdirmə işləri aparılır: “Daha sonra isə asfaltlanma işləri aparılacaq. Təqribən 10 gün ərzində bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Ümumilikdə, yolun 300 metrdən artıq hissəsində bu işlər görülür. Eyni zamanda bu qədər hissədə də səth, yağış sularının axıdılması üçün beton küveyt inşa olunacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı