Modern.az

İcra başçısı şikayətləri nəzarətə götürdü

İcra başçısı şikayətləri nəzarətə götürdü

Current

13 Aprel 2019, 17:00

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərini dinləmək, təklif və qayğıları ilə maraqlanmaq üçün növbəti səyyar qəbul-görüşü Əhmədalılar kəndində keçirib.

Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

İcra başçısı deyib ki, 2335 nəfər əhalinin yaşadığı Əhmədalılar kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1901 nəfərə hər ay 114.000 manat vahid aylıq müavinət ödənilir, 4 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Əhmədalılar kəndində  7 şəhid ailəsi, 5 Qarabağ müharibəsi əlili var. Kənd sakinlərindən 135 nəfər yaşa görə, 107 nəfər  əlilliyə görə, 61 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət verilir.  Kənd sakinlərindən 458 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi,  kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

2018-2019-cu təsərrüfat ilində 411 ha taxıl əkilib, 20 pambıq əkilməsi, 2200 kq barama istehsal olunması nəzərdə tutulub.  Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

       
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı