Modern.az

Gəncənin futbol klubu fəaliyyətini dayandırdı

Gəncənin futbol klubu fəaliyyətini dayandırdı

مورد توجه

28 Dekabr 2011, 11:19

Unibank Premyer Liqasında oynayan "Kəpəz" peşəkar futbol klubu fəaliyyətini dayandırıb.

Klubun mətbuat xidmətində Qol.Az-a bildirilib ki, bu barədə qərarı klubun prezidenti Elmir Əliyev verib.

Bununla bağlı Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət olunub.

Qeyd edək ki, Gəncənin futbol klubu olan "Kəpəz" uzun sürən fasilədən sonra ötən ildən Premyer Liqada oynamağa başlamışdı.

Klub rəsmiləri komandanın fəaliyyətini dayandırmasının səbələrini açıqlamırlar.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı