Yunanıstanın Kalamata şəhərində Pasxa bayramı ilə əlaqədar təşkil olunan mərasim zamanı faciə baş verib.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli televiziyalardan birinin operatoru XIX əsrə aid adətə uyğun olaraq barıtla doldurulmuş oxlarla döyüş səhnələrini çəkərkən həyatını itirib. Oxlardan biri operatorun başına dəyərək onu zədələyib. Telereportyor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, bayram ərəfəsində insan ölümü ilə nəticələnən birinci hadisədir.