Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, hadisə nəticəsində xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib:
“Xəsarət alanlar bir kişi, iki qadındır, vəziyyətləri orta-ağırdır”.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Modern.az-a bildirib ki, qəzaya düşən nəqliyyat vasitəsi Stansiyaya məxsus deyil.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı ONA yayıb.