Modern.az

Rövnəq Abdullayevdən alınan obyektlərin siyahısı açıqlanıb

Rövnəq Abdullayevdən alınan obyektlərin siyahısı açıqlanıb

Актуально

10 Yanvar 2012, 16:59

ARDNŞ-nin fəaliyyət profilinə aid olmayan obyektlər müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və qurumların balansına verilib

Azərbaycan Respublikası Prezidentinin “Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” 25 mart 2002-ci il tarixli 893 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”na əsasən, ARDNŞ-nin maliyyə göstəricilərinin yaxşılaşdırılması istiqamətində istehsal məsrəflərinin azaldılması məqsədilə xidmət və digər köməkçi müəssisələrin, sosial-məişət təyinatlı obyektlərin özəlləşdirilməsi və ya digər təşkilatların balansına verilməsi nəzərdə tutulub.

Həmin Sərəncama uyğun olaraq enerji sektorundakı bəzi obyektlər, o cümlədən ARDNŞ-in balansında olan neft bazaları qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşməyə açıq elan edilib və özəlləşdirilib.

“Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”na əsasən ARDNŞ strukturuna daxil olan qurumların, xüsusilə də Sosial İnkişaf İdarəsinin (Sİİ) balansında olan və bilavasitə Şirkətin fəaliyyət sahəsi ilə əlaqədar olmayan obyektlər, əmlak kompleksləri onlara aid infrastrukturla birlikdə qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, qurumların balansına verilib. Müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müəssisələrin razılaşdırılmış təklifləri nəzərə alınmaqla Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən ARDNŞ-nin balansından çıxarılmış obyektlərin siyahısı aşağıdakı kimidir:

1. 07.01.2011-ci il tarixli 2s nömrəli sərəncama əsasən, ARDNŞ-nin balansında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti struktur bölmələrinin istifadəsinə verilmiş binalar (polis sahə məntəqələri və bölmələri) və qeyri-yaşayış sahələri Daxili İşlər Nazirliyinin;

2. 16.03.2011-ci il tarixli 83s nömrəli sərəncama əsasən, Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin (Sİİ MKXD) balansında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aidiyyəti struktur bölmələrinin istifadəsinə verilmiş qeyri-yaşayış sahələri (təcili tibbi yardım stansiyaları, feldşer mərkəzləri və s.) Səhiyyə Nazirliyinin;
3. 01.10.2011-ci il tarixli 267s nömrəli sərəncama əsasən, ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin “Səthi aktiv maddələr” zavodunun balansında olan yarımstansiya “Azərenerji” ASC-nin;

4. 15.10.2011-ci il tarixli 277s nömrəli sərəncama əsasən, ARDNŞ-nin tabeliyindəki qurumların balansında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aidiyyəti struktur bölmələrinin istifadəsinə verilmiş bina və qeyri-yaşayış sahələri (tibb məntəqələri, təcili tibbi yardım stansiyaları) Səhiyyə Nazirliyinin;

5. 02.11.2011-ci il tarixli 353s nömrəli sərəncama əsasən, Sİİ-nin balansında olan Gəncə Müalicə-Diaqnostika Mərkəzi torpaq sahəsi və əmlakı ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin;
6. 18.11.2011-ci il tarixli 379s nömrəli sərəncama əsasən, Sİİ-nin balansında olan Yevlax Rayon Mərkəzi Xəstəxanasının 180 çarpayılıq yarımçıq tikilisi Səhiyyə Nazirliyinin;

7. 25.11.2011-ci il tarixli 388s nömrəli sərəncama əsasən, ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsinin balansında olan yarımstansiyalar “Azərenerji” ASC-nin;

8. 22.10.2011-ci il tarixli 283s nömrəli sərəncama əsasən, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun balansında olan yaşayış binası Zaqatala rayon İcra Hakimiyyətinin, ona aid su təchizatı sistemi “Azərsu”, istilik sisteminin qazanxana və avadanlığı isə “Azəristiliktəchizat'' ASC-nin; ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin balansında olan avtomobil yolları Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin; Sİİ-nin balansında olan 235 çarpayılıq Balakən Rayon Mərkəzi Xəstəxanası əmlakı ilə birlikdə Səhiyyə Nazirliyinin;

9. 22.12.2011-ci il tarixli 416s nömrəli sərəncama əsasən, Sİİ MKXD-nin və “Azneft” İB-nin balansında olan daşınmaz və daşınar əmlak “Azərsu” ASC-nin; 417s nömrəli sərəncama əsasən, həmin Departamentin balansında olan qazanxana binaları, istilik xətləri, kəmərləri və məntəqələri onlara aid əmlakla birlikdə “Azəristiliktəchizat'' ASC-nin; 418s nömrəli sərəncama əsasən, Sİİ MKXD-nin və “Azneft” İB-nin balansında olan yarımstansiyalar, elektrik xətləri və digər infrastrukturlar onlara aid əmlakla birlikdə “Bakıelektrikşəbəkə” ASC-nin;

10. 26.12.2011-ci il tarixli 428s nömrəli sərəncama əsasən, Sİİ-nin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, xəstəxananın 240 çarpayılıq yarımçıq tikilisi, eləcə də Lənkəran, Şirvan, Qəbələ, Fizuli, Quba, Qazax, Bərdə Cəlilabad, Zaqatala, Şamaxı Müalicə-Diaqnostika mərkəzləri onlara aid daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin;
11. 28.12.2011-ci il tarixli 435s nömrəli sərəncama əsasən, Sİİ MKXD-nin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri (siyahısı sərəncamla müəyyən olunur) Bakı Şəhər İcra Hakimiyyətinin;

12. 30.12.2011-ci il tarixli 445s nömrəli sərəncama əsasən, Sİİ-nin Mədəniyyət və İstirahət İşləri Departamentinin balansında olan mədəniyyət sarayları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin; 446s nömrəli sərəncama əsasən, Sİİ MKXD-nin balansında olan telefon rabitə xətti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin; 447s nömrəli sərəncama əsasən, Sİİ-nin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin balansında olan məktəbəqədər tərbiyə müəssisələri onlara aid daşınmaz və daşınar əmlakla birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.

ARDNŞ-dən verilən məlumata görə,  artıq bir çox obyektlərin təhvil-təslim prosesi başa çatdırılıb, bəzi obyektlər üzrə isə təhvil-təslim işləri davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı