Bugün Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadə İmişli rayonunun Əliqulular kəndində seçiciləri ilə görüşüb.
Modern.az xəbər verir ki, görüş çərçivəsində ərzidə olan Əliqulular kənd Rəsul Məmmədov adına tam orta məktəbində də olublar.
Deputat müəllimlərlə söhbət edib və tədrisin vəziyyəti ilə maraqlanıb. Kollektivdə respublikanın müxtəlif ərazilərindən təyintla işləməyə gələn gənc təyinatçı müəllimlərə göstərilən diqqət və qayğı Çingiz Qənizadə tərəfindən məmnunluqla qarşılanıb və deputat onlarla fikir mübadiləsi aparıb.