Modern.az

“Sərhədin delimitasiya və demarkasiyası məsləhətləşmələrlə həll olunmalıdır” - Spiker

“Sərhədin delimitasiya və demarkasiyası məsləhətləşmələrlə həll olunmalıdır” - Spiker

Aktual

4 İyun 2019, 20:10

“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”. Modern.az “Report”a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, dost ölkələr arasında bütün aktual məsələlər məhz konsultasiyalar yolu ilə həllini tapır.

 

Spiker hamını sərhədlə bağlı aparılan danışıqlar ətrafında şəxsi improvizasiyalardan çəkinməyə çağırıb:

“Hər bir məsələ ölkələr arasındakı münasibətlər çərçivəsində həll olunmalıdır və həddindən artıq gərginlik bu prosesə mane ola bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı