Modern.az

Ramilk Usubov keçmiş və indiki icra başçılarının oğlanlarının yerini dəyişdi 

Ramilk Usubov keçmiş və indiki icra başçılarının oğlanlarının yerini dəyişdi 

Aktual

7 İyun 2019, 10:28

Bakıda iki polis rəisi dəyişdirilib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

 

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib.

 

Qeyd edək ki, R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinun başçısı Mübariz Əhmədzadənin oğlu, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.

 

B.İslamov isə Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa Bayramovun oğludur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı