Modern.az

“Azərsu”da 20 yanvar şəhidləri anılıb - FOTOLAR

“Azərsu”da 20 yanvar şəhidləri anılıb - FOTOLAR

Aktual

19 Yanvar 2012, 15:29

“20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilib. Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 20 yanvar faciəsi Azərbaycan xalqının  azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş  SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalq Bakının küçə və meydanlarına çıxaraq cərəyan edən proseslərə öz etirazını bildirib. Xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilmiş və onlar dinc xalqa qarşı qırğınlar törədib.
 Nəticədə 134 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanıb:.
“Azərsu” ASC-nin sədri 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin Heydər Əliyevin təşəbbüsü sayəsində verildiyini də diqqətə çatdırıb.

Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü, “Azərsu” ASC-nin baş energetiki Vilayət İbadov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, şöbə rəisi Əvəz Nəbiyev və digərləri  şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu qeyd ediblər.



Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı