Modern.az

Azərbaycan yazarları Saxanın mədəniyyət və təhsil ocaqlarında olub

Azərbaycan yazarları Saxanın mədəniyyət və təhsil ocaqlarında olub

Aktual

3 İyul 2019, 09:26

Saxa (Yakutiya) ədəbiyyatının klassiki Platon Oyunskinin Azərbaycan dilində çapdan çıxmış “Qırmızı Şaman” kitabının Saxa (Yakutiya) Respublikası, Pokrovsk ulusunda yerləşən “Saxa kiçik akademiyası”na daxil olan çoxşaxəli tədris gimnaziyasında təqdimatı keçirilib. Kitabın təqdimatında Xalq şairi, Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı Natalya Xarlampyeva, Birliyin üzvləri – yeni ədəbi nəslin istedadlı təmsilçiləri Rüstəm Kajekin, Qavril Androsov, Saxanın Xalq şairi Pavel Xaritonov, Azərbaycandan olan qonaqlar – Əkbər Qoşalı və Aida Eyvazlı iştirak edib.


Kiçik Akademiya haqqında bilgi verən  Saxa (Yakutiya) Respublikasının Təhsil Nazirliyinin Elm Akademiyasının direktoru Vasiliy Pavlov təhsil müəssisəsinin uğurlarını, fasiləsiz dərs prosesi barədə bilgi verərərk, bildirib ki, bu mərkəzdə fiizika-riyaziyyat təmayüllü dərslərlə yanaşı, məktəblilər həm də tarix, ədəbiyyat və jurnalistika sahəsində biliklərə yiyələnirlər. Ənənəvi tədris ili başa çatdıqdan sonra isə Saxanın ayrı-ayrı bölgələrindən seçilmiş məktəbli qrupları üzrə yay məktəbləri, bilik düşərgələri təşkil olunur.


Daha sonra Xalq şairi Natalya Xarlampyeva Azərbaycandan gələn qonaqları pedoqoji kollektivə, məktəblilərə təqdim edərək, repressiya qurbanı olmuş Platon Oyunskinin “Qırmızı Şaman” kitabının Azərbaycanda nəşr edilməsinin önəmindən, iki qardaş xalq arasında ədəbi işbirliyinin, ümumən mədəniyyətin möhkəm təməlli körpülər yaratmasından danışıb.


Azərbaycanlı yazarlar Kiçik Akademyanın “Xatirə kitabı”na ürək sözü yazıblar. “Qırmızı şaman” kitabının layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı, kitabın tərcüməçisi Aida Eyvazlı, məktəblilərin suallarını cavablandıraraq, Azərbaycan haqqında bilgilər veriblər.


Sonra Vasiliy Pavlova Azərbaycandan xatirə hədiyyəsi və Azərbaycan dilində “Qırmızı şaman” kitabı təqdim olunub.


Görüşün bədii hissəsində “yay məktəbi”nin dinləyiciləri Platon Oyunskinin əsərlərindən ibarət ədəbi kompozisiya ilə çıxış edib, öz yazdıqları şerləri oxuyublar.


Azərbaycanlı qonaqlar Kiçik Elm Akademiyasına daxil olan, Saxanın I prezidenti Mixail Nikolayevin həyat və yaradıcılıq yolunu yaşadan, təbliğ edən Prezident Mərkəzində olublar. Mərkəzin direktoru Natalya Kapitanova bu gün də xalq tərəfindən ehtiramla sevilən prezidentin Saxanın öz sərvətlərinin özünə qaytarılmasında, ədəbiyyatının təbliğində və xalqın milli kimliyinin ittməməsi üçün apardığı mücadilələrdən danışıb.Azərbaycan dilinə tərcümə olunan  “Qırmızı şaman” ktabının bu muzeydə ən qiymətli eksponatlardan biri olacağını deyib.

 
Qonaqlar və nümayəndə heyəti  Xanqalası ulusunun Tarix-diyarşünaslıq Muzeyini və Saxa Milli İncəsənət Muzeyini də ziyarət edib. Yazarlarımız Saxalıların tarixi, maraqlı maddi mədəniyyət örnəkləri və təbiət hadisələrini əks etdirən, buzlaqlar altından çıxarılmış eksponatlarla tanış olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı