Modern.az

“Neftçi” möhtəşəm qələbə ilə mərhələ adladı

“Neftçi” möhtəşəm qələbə ilə mərhələ adladı

Aktual

1 Avqust 2019, 22:55

“Neftçi”  “Arsenal” oyununda hesab dəyişib.

Modern.az xəbər verir ki, görüşünün 89-cu dəqiqəsində Dario Frederiko penaltidən komandasının ikinci qoluna imza atıb - 2:0.

Oyuna əlavə edilən vaxtda isə Mamadu Mbodj “Neftçi”nin 3-cü qolunu vurub.

Bu oyunda vurulan son qol olub.  Bu qələbə nəticəsində paytaxt təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Bu “Neftçi”nin ardıcıl 4-cü qələbəsi olub: 3:0; 6:0; 1:0 və 3:0.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə görüşəcək. Bu oyunlar avqustun 8-də və 15-də keçiriləcək

***

“Neftçi”  “Arsenal” oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Rauf Əliyev fərqlənib: 1:0

***

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində  “Neftçi” ilə “Arsenal” oyununda ilk hissə yekunlaşıb.

Modern.az xəbər verir ki, ilk hissədən sonra komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 


Qeyd edək ki, komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı