Modern.az

Həbsxanaya telefon keçirmək mümkün olmadı

Həbsxanaya telefon keçirmək mümkün olmadı

Aktual

6 Avqust 2019, 20:03

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.1 və 181.3.2 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhərrəmov Yusif Məhərrəm oğluna tanışı Füzuli rayon sakini Alverdiyev İlkin İnqilab oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 3 ədəd plastik qabın içərisində gizlədilmiş daxilində danışıq kartları olan 2 ədəd “Samsung” və 1 ədəd Xiomi” mobil telefon aparatları, 2 ədəd qulaqcıq və 3 ədəd USB kabel aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı