Hacıqabul şəhərində böyük miqyasda abadlıq-quruculuq işlərinə start verilib.
Bu barədə Modern.az-a Hacıqabul rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, dekabrın 4-də Rüstəm Xəlilov rayona icra başçısı təyin olunduqdan sonra Hacıqabul şəhər daxili yolların vəziyyəti ətraflı öyrənilib və qış aylarında məktəblilərin dərsə normal getmələrini, həmçinin nəqliyyat vasitələrin normal hərəkəti təmin etmək üçün M.F.Axundov, Natiq Əliyev, İsrafil Məmmədov, Yusif Şirəliyev, Koroğlu, M.Ə.Rəsulzadə və Ə.Vahid küçələrində asfalt örtüyünün döşənməsinə başlanılıb. Hazırda işlər davam etdirilir.
Bundan əlavə şəhərin küçələrində gecə vaxtı normal işıqlanmanı təmin etmək üçün 154 nöqtədə işıq dirəklərinin qoyulması nəzərdə tutulub.