Modern.az

Vilayət Eyvazovdan daha bir rəis TƏYİNATI

Vilayət Eyvazovdan daha bir rəis TƏYİNATI

Aktual

20 Dekabr 2019, 16:22

Daxili işlər orqanlarında daha bir kadr təyinatı olub.

 

Modern.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Tural Məşədiyev təyin edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

 

Xatırladaq ki, bundan əvvəl 15 və 42-ci Polis bölmələrinə yeni rəis təyin edilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı