Modern.az

Sabah Xırdalanın bir hissəsində qaz olmayacaq

Sabah Xırdalanın bir hissəsində qaz olmayacaq

Current

26 Dekabr 2019, 21:07

Sabah səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən  Modern.az-a verilən məlumata görə, baş verəcək fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil.



Belə ki, Xırdalan şəhərinin H.Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb. Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı