Modern.az

Vətəndaşlarımızın Çindən təxliyəsi başa çatdı

Vətəndaşlarımızın Çindən təxliyəsi başa çatdı

Aktual

1 Fevral 2020, 08:40

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyyə edilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb.

 

Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib. 

 

Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı