Modern.az

Azərbaycanda borca görə 16 nəfər saxlanıldı

Azərbaycanda borca görə 16 nəfər saxlanıldı

Aktual

1 Fevral 2020, 11:12

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilmişdir.

 

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı