Modern.az

Laçının işğalından 20 il ötür - FOTOLAR

Laçının işğalından 20 il ötür - FOTOLAR

Güncel

18 May 2013, 09:19

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 20 il ötür. 1992-ci il mayın 18-də ermənilər Laçın rayonunu ələ keçirməklə Dağlıq Qarabağı “de-fakto” Ermənistana birləşdirdilər. İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın 20 ildir düşmən tapdağı altındadır, 60 mindən çox laçınlı isə didərginlik yaşayır. 
Laçın rayon İcra Hakimiyyətinin məlumatına görə, işğal nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb.
Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı