Modern.az

Türkiyədə koronavirusun ən çox yayıldığı ŞƏHƏRLƏR

Türkiyədə koronavirusun ən çox yayıldığı ŞƏHƏRLƏR

مورد توجه

5 İyul 2020, 20:46

Türkiyədə son sutka ərzində daha  19  nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 225 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 46 414 nəfərdən 1 148-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  205 758 nəfərə çatıb. Müalicə olunan 1 188  xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  180 680  nəfər koronavirusdan müalicə olunub".

Qeyd edək ki, Türkiyədə son 3 gündə infeksiyaya yoluxmaya ən çox İstanbul, Ankara, Qaziantep, Mardin, Konya, Bursa, Diyarbəkirdə rast gəlinib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı