Modern.az

Qənirə Paşayeva Türkiyədəki forumda təkilflərlə çıxış edib

Qənirə Paşayeva Türkiyədəki forumda təkilflərlə çıxış edib

Aktual

27 İyun 2012, 18:52

”Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatı məkanında öz həllini uzun illərdir  tapmayan münaqişələr, davam edən işğallar təşkilatın inkişafına və əməkaşlığın genişlənməsinə böyük əngəldir və ciddi manelər yaradır”. Bu sözləri millət vəkili Qənirə Paşayeva Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının 20 illik sammiti çərçivəsində keçirilən Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatı Qeyri-Hökumət Təşkilatları Forumunda çıxışında deyib. O, bildirib ki, iqtisadi əməkdaşlığın genişlənməsi və güclənməsi üçün ilk növbədə münaqişələr öz həllini tapmalıdır.
“Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının bir üzvü Ermənistan digər bir üzvün Azərbaycanın 20 faiz torpaqlarını 20 il əvvəl işğal edib və bu gün də bu işğalı davam etdirir. Ermənistan 20 ildir ki,1 milyon Azərbaycanlının öz yurd yuvasına, evinə dönməsinə imkan vermir. Azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri məhv edir. Ermənistan bu işğalçılıq siyasətini davam etdirməklə nəinki Cənubu Qafqaz bölgəsində sabitliyin, təhlükəsizliyin, geniş əməkdaşlığın inkişafına böyük zərbə vurur eyni zamanda Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatını çərçivəsində əməkdaşlığın inkişafına da ciddi əngəl yaradır. O cümlədən Abxaziya, Cənubi Osetiya, Dnestyanı münaqişələrin öz həllini tapmaması da təşkilatın inkişafına və əməkdaşlığın genişlənməsinə böyük zərbə vurur. Bu baxımdan əməkdaşlığın genişlənməsi münaqişələrin həllindən keçir”.

Millət vəkili Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatı ölkələrinin qeyri-hökumət təşkilatları forumunun keçirilməsini və gələcəyə bir platform yaradılması ideyasını dəstəklədiyini bildirərək deyib ki, qeyri-hökumət təşkilatları əgər doğurdan da əməkdaşlığın daha da genişlənməsini istəyirlərsə harada baş verməsindən asılı olmayaraq əməkdaşlığa əngəl olan işğallara qarşı öz etiraz səsini ucaltmalı və bu işğalların bitməsi və münaqişələrin həlli istiqamətində öz töhvələrini verməlidirlər.

O, yaradılacaq platform daxilində gənclər,qadınlar təşkilatlarının, elm insanlarının, xüsusilə KİV qrumlarının geniş təmsilçiliyinə önəm verilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərini səsləndirib.   


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı