Modern.az

Messinin xanımı boksla məşğul olur - VİDEO

Messinin xanımı boksla məşğul olur - VİDEO

Current

15 Yanvar 2021, 19:44

İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messinin həyat yoldaşı Antonella Rokutsa özünə yeni məşğuliyyət tapıb.

 

Modern.az xəbər verir ki, o, fərdi məşqçinin rəhbərliyi altında boksla məşğul olmağa başlayıb. Rokutsa bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

 

Argentinalı futbolçunun xanımı bildirib ki, bu idman növü onun xoşuna gəlir.

 

Qeyd edək ki, 2017-ci ildən evli olan Messi - Rokutsa cütlüyünün 3 övladı var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı