Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı gözlənilir.
Azərbaycanın regionlarında hava əsasən yağmursuz və günəşli keçəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-39°, bəzi yerlərdə isə 42 dərəcə olacağı proqnozlaşdırılır.
Modern.az