Modern.az

"AST Telman" 10 min dollara görə polisə düşdü

"AST Telman" 10 min dollara görə polisə düşdü

Актуально

27 Sentyabr 2012, 09:01

Türkiyənin Antalya şəhərində  Avropanın ən lüks otelini açan “AST Telman” ləqəbli azərbaycanlı iş adamı Telman İsmayılov problemlə üzləşib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sahibi olduğu “Mardan Palace”-da yeyib-içən iş adamı onlara xidmət edən ofisianta 10 min dollar ənam verib. Bundan xəbər tutan digər ofisiantlar arasında pul üstündə kütləvi dava düşüb. Restoranda böyük qalmaqal yaranıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək davanı sakitləşdirə biliblər. Lakin məlum hadisə ilə bağlı Telman İsmayılov ifadə verməsi üçün polis bölməsinə dəvət olunub.

Qeyd edək ki, azərbaycanlı iş adamı Telman İsmayılovun sahibi olduğu Avropanın ən lüks 7 ulduzlu oteli "Mardan Palace 2009-cu ildə istifadəyə verilib.  

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı