Modern.az

Böyük britaniyalılar Bakı Ali Neft Məktəbinə gəldilər

Böyük britaniyalılar Bakı Ali Neft Məktəbinə gəldilər

Актуально

27 Sentyabr 2012, 10:22

Böyük Britaniyanın Orta Şərq Assosiasiyasının (Middle East Association) təşkilatçılığı ilə Bakıda səfərdə olan bu ölkənin bir  sıra universitetlərinin və təhsil mərkəzlərinin nümayəndələri (Orta Şərq Assosiasiyasının baş məsləhətçisi Fəridə Alp-Uolter, Eston Universitetinin Hazılıq Mərkəzinin direktoru doktor Malkolm Bus, Brədford Universitetinin iqtisadi məsələlər üzrə rəhbəri doktor Karen Cəkson, Karfaks Təhsil Mərkəzinin əməkdaşları Metyu Qoldi Skot və Eleonora Suhoviy) Bakı Ali Neft Məktəbinə gələrək, burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar.

Modern.az xəbər verir ki, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin  yaranması tarixi barədə məlumat verib. O bildirib ki, yeni yaradılan ali təhsil ocağının Böyük Britaniyanın Heriot Uatt Universitetilə sıx tərəfdaşlıq münasibətləri qurulub. O, bu əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

Böyük Britaniyalı qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən razı qalaraq, onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə ediblər.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı