Bu gün günorta saatlarında dindarların Təhsil Nazirliyinin binası qarşısında keçirdikləri aksiya dağıdıldı. Modern.az-ın məlumatına görə, polislər hazırda həmin ərazidə növbə çəkirlər. Nazirliyin binası dörd bir tərəfdən polis nəzarətindədir. Aksiyadan sonra ərazidə belə məlumat yayılıb ki, dindarların saat 16.00-dan sonra yenidən mitinq keçirmək fikrindədirlər.




