Modern.az

Bakı Ali Neft Məktəbi Fransanın məşhur İFP Ali Məktəbi ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi Fransanın məşhur İFP Ali Məktəbi ilə əməkdaşlıq edəcək

Güncel

14 Noyabr 2012, 13:12

Modern.az saytı xəbər verir ki, noyabrın14-də “Total E & P Azərbaycan” şirkətinin  baş meneceri Kristian Jüdiselli və Əməkdaşlıq Xidmətləri üzrə Əlaqələndiricisi  Rasim Axundov Bakı Ali Neft Məktəbinə gələrək, burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar.

Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb və Şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd edib. 
Deyib ki, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazırlamaqdır.

Görüş çərçivəsində “Total E & P Azərbaycan” şirkəti və Bakı  Ali Neft Məktəbi  arasında, Fransanın məhşur İFP Ali Məktəbi  ilə  Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması sahəsində, “Total” şirkətinində fəaliyyət göstərən “Profesionallar Assosiasiyasının” əməkdaşlarının  BANM tələbələri qarşısında  mühazirələrlə çıxış etmələri və bir sıra məsələlər haqqında razılıq əldə olunub.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı