“Hazırda payız-qış mövsümü ilə əlaqədar respirator infeksiyaların artdığı dövrdür”.
Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
T.Eyvazov qeyd edib ki, ötən il qripə yoluxma hallarına daha az rast gəlindi:
“Çünki karantinlə əlaqədar təmaslar az idi. Bu il təmaslar artdığına görə say da artıb. Bu xəstəliklərin səviyyəsi əvvəlki illərlə müqayisədə heç də çox deyil”.