Modern.az

Rusiyanın Qəbələ sevgisi...

Rusiyanın Qəbələ sevgisi...

Aktual

11 Dekabr 2012, 14:23

MDB-nin Astanada keçirilən sammitində bir neçə şəhər, o cümlədən Azərbaycanın Qəbələ şəhəri bu birliyin mədəniyyət paytaxtı elan edilib. Azərbaycanla Rusiya arasında münasibətlərin soyuqlaşdığı indiki dövrdə bu addım nəyə xidmət edir?

Politoloq Razi Nurullayev Modern.az-a açıqlamasında bildirib ki, Qəbələnin MDB-nin mədəniyyət şəhəri elan olunması çarəsizlikdən atılan bir addımdır.

“MDB demək olar ki. böhranlı günlərini yaşayır və mövcud olduğu illərdə heç bir təsirli mexanizmi ilə yadda qalmayıb. Get-gedə isə üzv dövlətlər qurumdan daha uzaq düşürlər. Çünki, bu qurum ancaq iclas keçirməkdən və danışmaqdan ibarət amorf bir birliyə çevrilib”.

Politoloq hesab edir ki, Azərbaycan və Qırğısıtan prezidentlərinin də bir neçə gün öncə keçirilən MDB dövlətlərinin dövlət başçılarının zirvə toplantısına qatılmaması da qurum daxilində mövcud olan böhrandan xəbər verir.
“Amma, mən düşünmürəm ki, Qəbələnin mədəniyyət şəhəri seçilməsi Rusiyanın Azərbaycana jestidir. Əksinə, bu jest deyil. Azərbaycanın və digər ölkələrin bu qurumdan uzaqlaşmasının qarşısını almaqdır. Qəbələ ilə yanaşı, Belarusun Moqilyov və Ermənistanın Gümrü şəhərinin MDB-nin mədəniyyət şəhərləri elan olunması ilə bağlı da qərar qəbul olunub. Gümrünun seçilməsi Azərabycanla Ermənistan arasında balansın yaradılması və lazımsız polemikalardan qaçmaq, Moqilyovun seçilməsi Belarusa artan beynəlxalq təzyiq qarşısında ona dəstəyini ifadə etməkdir”.

R.Nurullayev deyib ki, mədəniyyət paytaxtlarında gələcəkdə birgə tədbirlər keçiriləcək ki, bu da Rusiyanın fikrincə, ölkələr arasındakı münasibətlərin yaxınlaşmasına xidmət edəcək.
“MDB ölkələri arasında ciddi inteqrasiya yoxdur və belə görünür ki, hamını Rusiya xahiş-minnətlə bir yerə yığır. Bu nə qədər belə davam edə bilər? Buna görə də Rusiya danışıqdan işə keçib. O dövlətlərin siyasətdən kənar mövzularda inteqrasiyasını təşkil edir. Bu bir növ Rusiyanın MDB dövlətləri içərisində "xalq diplomatiyası" siyasətini yerinə yetirməsidir”.

Hüseyn Əlyarov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı