Modern.az

2022-ci ildə pandemiya ilə mübarizədə qlobal saziş müzakirə ediləcək

2022-ci ildə pandemiya ilə mübarizədə qlobal saziş müzakirə ediləcək

Aktual

27 Dekabr 2021, 08:35

Ölkələr 2022-ci ildə pandemiya ilə mübarizə üçün qlobal saziş üzrə danışıqlara başlayacaqlar. Bu da idarəetmə və maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsinə töhfə verəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

 

ÜST rəhbəri deyib ki, bütün dünyada səhiyyə sahəsi üzrə daha möhkəm təhlükəsizlik sistemləri qurulmalıdır:

"Ölkələr 2022-ci ildə idarəetmə və maliyyələşdirmə mexanizmlərini gücləndirməyə kömək edəcək pandemiya ilə mübarizə üçün qlobal saziş üzrə, eləcə də dünyanın epidemiya və pandemiyaların qarşısını almaq, hazırlaşmaq, aşkar etmək və onlara cavab vermək üçün ehtiyac duyduğu sistemlər və alətlər üzrə danışıqlara başlayacaq".

O, həmçinin hesab edir ki, bütün ölkələr ilkin tibbi-sanitar sisteminin gücləndirilməsinə sərmayə qoymalıdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı