Modern.az

Ötən həftə Qarabağda 27 mina aşkarlanıb

Ötən həftə Qarabağda 27 mina aşkarlanıb

Aktual

27 Dekabr 2021, 10:57

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, dekabrın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 25 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 97 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı