Modern.az

Elmar Qasımov Koreya səfiri ilə görüşüb

Elmar Qasımov Koreya səfiri ilə görüşüb

Current

30 Dekabr 2012, 12:00

Dekabrın 29-da Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Çoi Suk-in Bakı Ali Neft Məktəbində olub. Modern.az-ın məlumatına görə, rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri, təhsil ocağının əsas hədəfləri haqqında ətraflı məlumat verib,  onu binada yaradılmış infrastrukturla tanış  edib. Daha sonra rektor  ali məktəbin beynəlxalq əlaqələrinin genişləldirilməsinin vacibliyini  qeyd edib, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və dünyanın inkişaf etmiş dövlətlərinin sırasında öncül yerlərdən birini tutan Koreya Respublikasının  elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin  qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıbdır.

Koreya Respublikasının Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri  Çoi  Suk-in Bakı Ali Neft  Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib. Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayan səfir təhsil ocağının Koreyanın  müvafiq qurumları  ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Görüşdə  səfirliyin birinci katibi cənab  Kim Ce-çol   iştirak edib.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı