Modern.az

Qanunsuz ov əti satmaq istəyən şəxs saxlanıldı

Qanunsuz ov əti satmaq istəyən şəxs saxlanıldı

Актуально

14 Fevral 2022, 15:14

Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini satmaq istəyən Goranboy rayon sakini saxlanılıb.

 

Daxili İşlər Nəzirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Goranboy rayon sakini Rəsul Məhərrəmov qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini 100 manata satmaq istəyən zaman saxlanılaraq Polis Şöbəsinə gətirilib.

 

Şöbədə onunla profilaktiki söhbət aparılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı