Modern.az

“Moskva bəyannaməsi ilə strateji tərəfdaş qazandıq” - Rusiyalı ekspert

“Moskva bəyannaməsi ilə strateji tərəfdaş qazandıq” - Rusiyalı ekspert

Aktual

23 Fevral 2022, 16:34

“Azərbaycan artıq Rusiyanın strateji müttəfiqi statusuna malikdir”.

Bunu Modern.az-a açıqlamasında rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin deyib.

Ötən gün Azərbaycan və Rusiya arasında imzalanmış Moskva bəyannaməsinin əhəmiyyətindən danışan politoloq müttəfiqlik sənədinin hər iki ölkə üçün faydalı olduğunu bildirib.

Onun sözlərinə görə, vəziyyətin gərgin olduğu bir vaxtda Prezident İlham Əliyevin Rusiyaya səfəri göstərdi ki, Azərbaycan etibarlı tərəfdaşdır:

“Rusiya Moskva bəyannaməsi ilə bir daha Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin toxunulmaz olduğunu təsdiqləmiş oldu. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında bəyannamə ən geniş spektrli məsələlərə, o cümlədən qarşılıqlı fəaliyyətin problemli məqamlarına aiddir. Bu saziş Moskva və Bakı arasındakı münasibətləri balanslaşdıraracaq”.

Rusiyalı politoloq hesab edir ki, müttəfiqlik sənədi Bakı və Ankaranın imzaladığı Şuşa Bəyannaməsindən sonra balansın tərkib hissəsi kimi çıxış edir:

“Azərbaycan artıq Rusiyanın strateji müttəfiqi statusuna malikdir və hazırda təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat sahələrində əlaqələr yeni səviyyəyə yüksəlir. Məncə, Moskvada imzalanmış sənəd həm də Azərbaycanın KTMT-yə daxil olması istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər”.

Qeyd edək ki, fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı