Şuşa şəhərinə həsr olunmuş ensiklopediya hazırlanacaq.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planında qeyd olunub.
Tədbirlər Planına əsasən, 2022-2023-cü illər ərzində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına Şuşaya həsr edilmiş ensiklopediyanın nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi tapşırılıb.