Modern.az

Nazir Şuşa və Ağdamda tikilən məktəblərdən DANIŞDI

Nazir Şuşa və Ağdamda tikilən məktəblərdən DANIŞDI

Aktual

4 Mart 2022, 10:58

"Ağdam şəhər 1 nömrəli məktəbin tikintisi gələn ilin sonunda yekunlaşmalıdır".

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib.

 

O bildirib ki, Ağdam şəhər 1 nömrəli məktəb Bakıda yerləşən ən müasir məktəb səviyyəsində olacaq:

 

"Təhsil infrastrukturunun formalaşdırılması baxımından işğaldan azad olunmuş ərazilərdə çox aktiv iş gedir. Bu ilin sonu və ya gələn ilin əvvəlində Şuşa 1 nömrəli məktəbinin də tikintisi başa çatacaq. 960 nəfərlik məktəb ən müasir infrastruktura malikdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı