Modern.az

Millimizin yarımmüdafiəçisi ciddi zədə aldı

Millimizin yarımmüdafiəçisi ciddi zədə aldı

Aktual

6 Mart 2022, 22:16

"Sabah" klubunun futbolçusu Elvin Camalov zədələnib.

 

Modern.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Keşlə"yə qarşı keçirilən Premyer Liqanın XVIII tur matçında ciddi xəsarət alıb.

 

Görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib. Oyunçu ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. Onu Kamran Quliyev əvəzləyib.

 

Elvin Camalov Azərbaycan millisinin də üzvüdür.

 

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı