Modern.az

“Azərbaycan Dəmir Yolları” barədə iş qaldırılıb

“Azərbaycan Dəmir Yolları” barədə iş qaldırılıb

Актуально

10 Mart 2022, 14:27

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

 

Bu barədə Xidmətdən Modern.az-a verilən məlumatda bildirilib.

 

Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı