Modern.az

Azərbaycanın diaspor təşkilatından nümunəvi addım

Azərbaycanın diaspor təşkilatından nümunəvi addım

Aktual

13 Mart 2022, 11:05

Ukraynada müharibədən əziyyət çəkən vətəndaşların ərzaq və geyim təminatı üçün diaspor fəalımız Lvov şəhərində yarmarka təşkil edib.

 

Modern.az-ın xəbərinə görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Lvov üzrə nümayəndəsi Şəhriyar Məhərrəmov AZƏRTAC-a bildirib ki, şəhərin mərkəzi dəmiryolu vağzalında təşkil olunan yarmarkada ehtiyacı olan insanlara pulsuz olaraq paltar və yeməklər paylanılır. Bu yarmarka bir neçə gün davam edəcək. Həmçinin şəhərin digər hissələrində də belə yarmarkaların təşkili nəzərdə tutulur.

 

Qeyd edək ki, müharibə başlayandan bəri diaspor fəallarımız və soydaşlarımız Ukraynanın bir çox şəhərlərində bu cür aksiyalar keçirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı