Modern.az

Minaya görə bağlanan İstanbul boğazı açıldı - YENİLƏNİB

Minaya görə bağlanan İstanbul boğazı açıldı - YENİLƏNİB

Aktual

26 Mart 2022, 16:53

İstanbul boğazında aşkar edilmiş mina zərərsizləşdirilib. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. 

 

Nazir Boğaziçi sahillərində müəyyən edilən minanın Türkiyə Sualtı Mühafizə komando qrupu tərəfindən zərərsizləşdirildiyini söyləyib. 

 

Məhv edilən minanın bir gəmini batıracaq gücdə olduğu vurğulanıb. Təhlükə sovuşduqdan sonra İstanbul boğazında hərəkət bərpa edilib. 

 

Qeyd edək ki, mina təhlükəsi ilə əlaqədar İstanbul boğazında gəmilərin hərəkəti məhdudlaşdırılmışdı.

 

Bundan əlavə, Rusiya gəmilərinin qarşısını almaq üçün Ukraynanın Odessa tərəfdən Qara dənizə buraxdığı minaların fırtınanın təsirindən İstanbula qədər gəlmə ehtimalının olduğu deyilirdi.

 

Fatma Abdulla

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı