Modern.az

Səbailin icra başçısı: “Jurnalistlərin binası sentyabrda istifadəyə veriləcək”

Səbailin icra başçısı: “Jurnalistlərin binası sentyabrda istifadəyə veriləcək”

Current

4 Fevral 2013, 10:54

“Səbail rayonu ərazisində KİV işçiləri üçün nəzərdə tutulmuş yeni bina 2013-cü ilin sentyabr ayında istifadəyə veriləcək”.  Modern.az bildirir ki, bu barədə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  2012-ci ilin yekunlarına dair hesabat verərkən deyib.

İcra başçısı hesabatında bildirib ki,  hazırda 16 mərtəbəli, 146 mənzilli binada işlər davam etdirilir.

“Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına  Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 16 mərtəbəli, 146 mənzilli yeni binanın tikintisi aparılır və 2013-cü ilin sentyabr ayında bina istifadəyə veriləcək”-deyə hesabatda vurğulanıb. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı