Modern.az

Azərbaycan Avropa dəyərlərinə sadiqdir - NAZİR

Azərbaycan Avropa dəyərlərinə sadiqdir - NAZİR

Aktual

5 Aprel 2022, 10:24

"Azərbaycan Avropa dəyərlərinə həmişə sadiqdir. Milli qanunvericiliyimiz, məhkəmə və media sahəsi Avropa Şurasının dəstəyilə inkişaf edib".

 

Modern.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının təqdimat mərasimində deyib.


"Ədliyyə Nazirliyi də Avropa Şurasının islahatlarını nəzərdən keçirir. Ardıcıl islahatlar aparır, bu sahədə inqilabi inkişafa nail olunub. Gender baxımından qadınların işə cəlb olunması halları çoxalıb. Məhkəmə sahəsində islahatlar bu sahənin şəffaflığına şərait yaradıb. Qadın məhkumlara göstərilən diqqət üçün mediatur təşkil etmək istəyirik", - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, bu gün Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün Bakıda qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını taqdim edib.

 

Həmçinin oxuyun:

Avropa Şurasının Azərbaycan üçün yeni Fəaliyyət Planı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı