Modern.az

Metroda gedişhaqqının artırılması üçün müraciət edilib? - RƏSMİ

Metroda gedişhaqqının artırılması üçün müraciət edilib? - RƏSMİ

Aktual

13 May 2022, 13:12

Bakı Metropoliteni metroda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

 

Modern.az-ın məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

Qurum rəsmisi bildirib ki, bu məsələ Bakı Metropoliteninin səlahiyyətində deyil.

 

"Gediş haqlarının bahalaşması ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Biz isə bu barədə Tarif Şurasına müraciət etməmişik",-  H.Məmmədov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı